Kluyvert istefaya göndərildi
“Adana Demirspor”da ayrılıq baş verib. Komandanın baş məşqçisi Patrik Kluyvert istefaya göndərilib.
Bunu DHA agentliyi açıqlayıb. Bildirilib ki, mütəxəssislə yollar ayrılıb. Rəsmi açıqlamanın bu gün paylaşılacağı bildirilir. O, bu postda Vinçenzo Montellanı əvəzləmişdi.
Qeyd edək ki, Patrik Kluyvertin rəhbərliyi altında “Adana Demirspor” bu mövsüm Türkiyə superliqasında 14 oyunda 23 xal toplayıb və 5-ci yeri tutur.