Klub sahibinə 50 min dollarlıq cərimə

Klub sahibinə 50 min dollarlıq cərimə

“Qolden Steyt”in sahibi Co Leykob cəzalanıb. O, tamperinq qaydalarını pozduğu üçün 50 min dollar ödəməli olacaq.

Buna səbəb Leykobun müsahibəsində “Filadelfiya”nın basketbolçusu Ben Simmons barədə fikirləridir: “O, bizə heç uyğun gəlmir. Ben çox pul alır. Amma qələbə topunu atmaq iqtidarındadırmı? O, çox istedadlıdır. Bizdə onun üslubda oynayan Dreymond var. Bu da problemdir. Simmonsun maaşı isə başqa problem yaradır”.

Xatırladaq ki, Simmons “Filadelfiya”da oynamaqdan imtina edib. Onu “Uorrierz”in ələ keçirməyə çalışdığı ehtimal olunur.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.09.2021

Növbəti yazı

İki ildən sonra 1/4 finalda