Klopp əvəzetmələrin sayının artmasını istəyir

Klopp əvəzetmələrin sayının artmasını istəyir

“Liverpul”un baş məşqçisi Yurgen Klopp istəyini dilə gətirib. Alman mütəxəssis İngiltərə Premyer Liqasında əvəzetmələrin sayının artmasını istəyir.

O, bununla bağlı açıqlamasında deyib. Bildirib ki, oyunçu dəyişikliyinin sayı qaldırılmalıdır:

“Bazar, çərşənbə, şənbə və çərşənbə axşamı oynayırdıq. Çox ağır cədvəldir. Yenidən 5 əvəzetmənin olması vacibdir. Bunu başa düşmək üçün niyə bu qədər vaxt lazım olduğunu anlamıram. Yalnız bir turnirdə 5 əvəzetmə yoxdur. Premyer Liqa ən yaxşı oyunçularını xilas etməlidir. Bu, üstünlük deyil, bu, futbolun keyfiyyəti ilə bağlıdır”.

Qeyd edək ki, Klopp daha əvvəl dəfələrlə Premyer Liqada 5 əvəzetmənin tətbiqinə çağırıb və bunun təkcə top-klublara deyil, bütün komandalara faydalı olacağını söyləyib.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə klubu Azarla danışıqlara başladı

Növbəti yazı

30 yaşdan sonra ən sərrast futbolçular