“Klippers”də yeni hücumçu

“Klippers”də yeni hücumçu

“Klippers” heyətinə yeni basketbolçu qatıb. Los-Anceles təmsilçisi Ceyms Ennislə müqavilə bağlayıb.

31 yaşlı oyunçu ilə 10 günlük anlaşma əldə olunub. Hücumçu azad agent kimi “Klippers”ə keçib.

Ennis ötən mövsümdə “Orlando”da çıxış edib. Cari mövsümdə “Bruklin”lə 10 günlük müqavilə bağlamış basketbolçu 2 matçda orta hesabla 2,5 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Arteta koronavirusa yoluxdu

Növbəti yazı

“Mançester Siti” Torresin yerinə futbolçu almayacaq