Kimmixə daha bir müştəri
“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır. İngiltərə klubu
“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixə elçi düşüb.
28 yaşlı futbolçu ilə “Liverpul” və “Mançester Siti”nin də maraqlandığı bildirilir. “Bavariya”nın aparıcı futbolçusu ilə bağlı təkliflərə nə cavab verəcəyi hələlik bəlli deyil.