Keyndən növbəti rekord
“Bavariya” Çempionlar Liqasınınn Liqa mərhələsinin I turunda “Dinamo” ilə qarşılaşıb – 9:2. Münhen təmsilçisinin hücumçusu Herri Keyn görüşdə 4 qol vurub.
Forvard bununla da turnirdəki qollarının sayını 31-ə çatdırıb. O, Çempionlar Liqasında ən çox qol vuran ingilis futbolçu ünvanını əldə edib. Ondan əvvəl bu rekord 30 qolla Ueyn Runiyə məxsus idi.