Keyndən daha bir ilk
“Bavariya”nın hücumçusu Harri Keyn uğurlu çıxışını davam etdirir. Forvard daha bir ilkə imza atıb.
O, 2023/24 mövsümündə “böyük beşlik” komandaları arasından 30 qol qatqısı edən ilk oyunçu olub. İngiltərəli futbolçu “Bavariya”nın heyətində bütün yarışlarda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən gün Keyn Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Mançester Yunayted”lə oyununda (1:0) Kinqsli Komanın qolunun assistinin müəllifi olub.