Keyn Şireri arxada qoydu

Keyn Şireri arxada qoydu

“Tottenhem”in forvardı Harri Keyn İngiltərə çempionatının 19-cu turunun “Kristal Pelas”la matçında (4:0) iki qola imza atıb. Bununla da, 29 yaşlı hücumçu Premyer Liqada vurduğu topların sayını 198-ə çatdırıb.

O, turnirdə ilk 300 görüşdəki qol sayına görə “Nyukasl”ın sabiq futbolçusu Alan Şirerin rekordunu yeniləyib. “Sağsağanlar”ın forvardı Premyer Liqada ilk 300 oyununda 196 qol vurub. Siyahıda üçüncü yeri “Mançester Yunayted”in sabiq hücumçusu Endi Koul tutur – 151.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.01.2023

Növbəti yazı

“Bavariya” qapıçı məsələsini sonlandırır