Keyn məşqlərə başladı
“Bavariya”nın hücumçusu Harri Keyn sıralara dönüb. O, zədəsini sağaldıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. İngiltərəli futbolçu komanda ilə məşqlərə başlayıb.
Xatırladaq ki, 30 yaşlı oyunçu Almaniya Bundesliqasının 26-cı turunun “Darmştadt”la matçına (5:2) zədələnmişdi.