Keyn “Çelsi”nin hədəfində
“Çelsi” bu yay “Bavariya”nın hücumçusu Harri Keyni almaq niyyətindədir. Komanda bir kubok qazana bilməsə, ingilis forvardın Münhen klubunu tərk etmək şansı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Münhen komandasının tərkibində ingilis futbolçu 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.