“Keşlə” və “Sabah” 1/4 finalda
Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatıb. Mərhələnin ikinci günündə iki oyun keçirilib. Hər iki qarşılaşmada Premyer Liqa təmsilçisi I divizion klubunu məğlub edib. Görüşlərin hərəsində üç top vurulub.
Paytaxt derbisində “Keşlə” “Qaradağ Lökbatan”ı sınağa çəkib. Kubokun son qalibi 2:1 hesablı qələbə qazanıb.
Ötən mövsümdə “Kəpəz”ə uduzan “Sabah” bu dəfə revanş ala bilib. Bakılılar 3:0 hesabı ilə qalib gəlib.
Bununla da 1/4 finalın daha iki cütü müəyyənləşib. Fevralın 1-də və 12-də baş tutacaq matçlarda “Qarabağ” “Keşlə”ylə, “Neftçi” “Sabah”la üz-üzə gələcək.