Kerer “Monako”ya gedir
“Vest Hem”in futbolçusu Tilo Kerer karyerasını Liqa1-də davam etdirməyə yaxındır. Mərkəz müdafiəçisi “Monako”ya keçəcək.
27 yaşlı almaniyalının icarəsi ilə bağlı razılıq əldə olunub. Mövsümün sonunadək “Knyazlıq klubu”nda oynayacaq Kererin anlaşmasında 11,5 milyon avroya transferi də əksini tapıb.
Qeyd edək ki, əvvəllər də Fransa çempionatında çıxış edən müdafiəçi dörd mövsüm PSJ-nin uğurları üçün çalışıb.