Kerber məşqçisi ilə üçüncü dəfə yollarını ayırdı

Kerber məşqçisi ilə üçüncü dəfə yollarını ayırdı


“Böyük dəbilqə” turnirlərinin üçqat çempionu Anjelik Kerber növbəti dəfə məşqçisini dəyişib. O, Torben Belts ilə yollarını ayırıb.

Mütəxəssis keçən ilin iyul ayından Kerberi çalışdırırdı. Lakin dünən o, üçüncü dəfə ayrıldıqlarını açıqlayıb. Onlar əvvəllər 2004-2013 və 2015-2017-ci illərdə işləyiblər. İkinci əməkdaşlıq dövründə Kerber Avstraliya açıq və ABŞ açıq çempionatlarında qalib gələrək dünyanın birinci raketkası olub.

Belts Emma Radukanu ilə işə başlaya bilər. ABŞ açıq turnirinin çempionu və onun agenti oktyabr ayında Radukanunun Orpinqtondakı evinin yaxınlığında alman məşqçi ilə görüşüb.

Xatırladaq ki, britaniyalı Uimbldondan sonra Naycel Sirslə, ABŞ açıq turnirindən sonra isə Endryu Riçardsonla yollarını ayıraraq, ona WTA turunda təcrübəsi olan məşqçi lazım olduğunu bildirmişdi.

ETOPAZ

Əvvəlki yazı

Poqbanın durumuna aydınlıq gəldi

Növbəti yazı

Ramos məşqlərə start verdi