Kaysedoya daha bir müştəri

Kaysedoya daha bir müştəri

“Brayton”un futbolçusu Moyses Kaysedo daha bir nəhəngin maraq dairəsinə düşüb. “Çelsi”nin ardınca “Arsenal” da yarımmüdafiəçiyə təklif göndərib.

“Topçular” 21 yaşlı futbolçu üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır. “Brayton” rəhbərliyi ekvadorlu oyunçunu heyətində saxlamaq istəyir. “Çelsi”nin 55 milyonluq təklifini rədd edən klub bu dəfə “Arsenal” variantını nəzərdən keçirir.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”nin də xalı silinə bilər

Növbəti yazı

“İnter” Firminyonu istəyir