Kavay yenə kənarda

Kavay yenə kənarda

“Klippers” NBA-dakı növbəti matça da itki ilə çıxacaq. Kavay Leonard ardıcıl üçüncü dəfə komandasının oyununu buraxacaq.

Ulduz hücumçu “Pelikans”la qarşılaşmada forma geyinməyəcək. Buna onun sağ dizindəki problem səbəb olub. Los-Anceles təmsilçisi ardıcıl üç dəfə uduzub. Kavay çərşənbə axşamı “Tander”lə görüş ərəfəsindəki səhər məşqində özünü narahat hiss edib. Bu üzdən dərhal dizindən əməliyyat olunaraq bərpa prosesinə başlayıb.

Qeyd edək ki, Kavay ötən mövsümü də zədə səbəbindən buraxmalı olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 31.10.2022

Növbəti yazı

Medvedev “ATP Finals”da