Kavay yenə kənarda

Kavay yenə kənarda

“Klippers”in basketbolçusu Kavay Lenardın durumuna aydınlıq gəlib. Ulduz hücumçu pley-offun 1-ci mərhələsinin 5-ci oyununu da buraxacaq.

O, sağ dizindəki bağların dartılması üzündən “Finiks”ə qarşı forma geyinməyəcək. İlk oyunda xəsarət alan Kavay ikinci matçda meydana çıxsa da, sonra komandasına kömək etməyib.

Qeyd edək ki, “Klippers” seriyada 1:3 hesabı ilə uduzur.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan Kamavinqaya yeni müqavilə

Növbəti yazı

Blind “Bavariya”dan gedir