Kavaniyə “Xetafe”dən imtina edib

Kavaniyə “Xetafe”dən imtina edib

Edinson Kavani karyerasını La Liqada davam etdirə bilər. Onun xidmətində daha bir İspaniya klubu maraqlıdır.

“Xetafe” forvardı heyətinə qatmaq istəyir. Klub hücumçunun qardaşı və agenti olan Valter Quqlemonla görüşüb. Tərəflər keçidlə bağlı razılığa gəliblər, Kavani də müqavilə imzalamağa razılaşıb.

Lakin bir neçə gün sonra “Valensiya” Edinsona sözləşmə təklif edib. Kavani “yarasalar”la müqavilə imzalayaraq “Xetafe”yə keçməkdən imtina edib.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin futbolçusu Rusiya klubunda

Növbəti yazı

“Portlend”dən yeni transfer