Kavani Xaviyə lazım olmadı

Kavani Xaviyə lazım olmadı

“Barselona” Edinson Kavanini transfer etmək fikrindən daşınıb. Buna baş məşqçi Xavinin qərarı səbəb olub.

Gənc mütəxəssis uruqvaylı hücumçunun keçidinə ehtiyac duymayıb. O, “Mançester Yunayted”in 34 yaşlı forvardının transferində maraqlı olan klub prezidenti Joan Laportanı da fikrindən daşındırıb. Gənc mütəxəssis “Barselona”ya hücumçu lazım olduğunu, lakin daha gənc oyunçularla çalışmaq istədiyini bildirib. Edinson cari mövsümün 8 oyununda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“İnter”in Perişiç qərarı

Növbəti yazı

Velosiped İdmanı Federasiyasında yeni prezident