Kaşukdan dubl, “Sabah”dan qələbə

Kaşukdan dubl, “Sabah”dan qələbə

Azərbaycan Premyer Liqasında 31-ci tur davam edir. İkinci oyun gününə Tovuzda start verilib.

Çempionatın mükafatçıları sırasında yerini təmin edən “Sabah” “Turan Tovuz”un qonağı olub. Matçın taleyini Aleksey Kaşukun qolları həll edib.

Ukraynalı legioner hər hissədə bir dəfə fərqlənib. Bu dubl “Sabah”a 2:0 hesablı səfər qələbəsi qazandırıb.

Qeyd edək ki, sabah başa çatacaq turun daha bir oyunu bu gün keçiriləcək.3

ETOPAZ

Əvvəlki yazı

Berrettini “Masters”dən kənar qaldı

Növbəti yazı

Sobolenko yenə finalda