Karyerasında ilk: Çərçivəyə düşmədi
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının VI turunda “Aston Villa”ya 0:1 hesabı ilə uduzub. 88-ci dəqiqədə qol buraxan Ole-Qunnar Sulşerin yetirmələri 90+3-cü dəqiqədə penaltini qaçırıb.
Brunu Fernandeş Mançester təmsilçisində 2-ci dəfə 11 metrlik cərimə zərbəsini boşa verib. Bu, onun 23-cü belə imkanı olub ki, onlardan 21-i qolla nəticələnib. 2020-ci ilin oktyabrında Fernandeş “Nyukasl”la görüşdə penaltini qaçırıb.
Brunu karyerasında ilk dəfə penaltidən çərçivəyə düşməyib. Top qapının üstündən keçib.
Xatırladaq ki, Mançester təmsilçisi son 4 oyunda 3-cü dəfə uduzub. Bunadək komanda Çempionlar Liqasında “Yanq Boyz”a 1:2, Liqa kubokunda “Vest Hem”ə 0:1 hesabı ilə uduzub. Sonuncularla çempionat matçında isə qələbə əldə olunub – 2:1.