Kanteyə iki müştəri
“Çelsi”də ayrılıq baş verə bilər. Yarımmüdafiəçi Nqolo Kante klubu tərk etməyə yaxındır.
Fransalı futbolçunun Londonlularla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Lakin tərəflər hələlik yeni sözləşmə ilə bağlı razılığa gəlməyiblər. Ona görə də bu mövsümün sonunda futbolçu azad agent ola bilər.
Kanteyə Premyer Liqadan iki müştəri çıxıb. “Arsenal” və “Tottenhem” yeni müqavilə imzalamadığı təqdirdə onun xidmətində maraqlıdır.