Kanseloya İspaniyadan təklif

Kanseloya İspaniyadan təklif

“Mançester Siti”nin futbolçusu Joao Kanselo karyerasını İspaniyada davam etdirə bilər. Portuqaliyalı müdafiəçinin xidmətində “Barselona” maraqlıdır.

La Liqa klubu 29 yaşlı arxa xətt oyunçusunu sonradan almaq hüququ ilə icarəyə götürmək istəyir.

Kanselo ötən mövsümün ikinci yarısını “Bavariya”da icarədə olub. O, 21 matçda 1 qol vurub.

Qeyd edək ki, portuqaliyalının Mançester təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” üçün tilsim

Növbəti yazı

Rekord transfer