Kannavaroya millidən dəvət
Paulu Souza ilə yollarını ayıran Polşa millisinin baş məşqçisi postuna əsas namizəd bəlli olub. Yığmanın sükanı arxasına Fabio Kannavaro keçə bilər.
48 yaşlı italiyalı mütəxəssis və Polşa Futbol İttifaqı arasında danışıqlar aparılır. “Everqrand”, “Əl-Nəsr”, “Tyantszin” klublarına rəhbərlik edən Kannavaro bir müddət Çin yığmasını da çalışdırıb.