Kaliforniyalılardan ilk
NBA tarixində ilk dəfə pley-offda Kaliforniyanın 4 komandası mübarizə aparacaq. Pley-ində “Minnesota”ya 108:102 hesabı ilə qalib gələn “Leykers” ştatın həlledici mərhələdəki 4-cü təmsilçisi olub.
Bunadək “Sakramento”, “Klippers” və “Qolden Steyt” də pley-offa yüksəlib. Yarışın tarixində heç vaxt Kaliforniya klubları belə uğur qazanmamışdı.
Qeyd edək ki, Texas bu raundda təmsil olunmayacaq. “Dallas”, “San-Antonio” və “Hyuston” müntəzəm çempionatı uğursuz başa vurub.