“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya buraxıldı

“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya buraxıldı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında  iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Yığıncaqda Premyer Liqaya yüksəlmək üçün müraciət edən I divizion klubları ilə bağlı yekun qərar da verilib. “Kəpəz” və “Turan Tovuz” Premyer Liqaya buraxılıb. Bununla da növbəti mövsüm üçün  Azərbaycan çempionatının yüksək dəstəsində komanda sayı 10-a çatdırılıb.

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”, “Qəbələ” İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Səbail” PFK, “Sumqayıt” FK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

ETOPAZ

Əvvəlki yazı

Van-Bissaka “Roma”nın hədəfində

Növbəti yazı

Avrokubokların finallarında 6 fərqli ölkə