“Kəpəz”dən səfər qələbəsi

“Kəpəz”dən səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Naxçıvanlılar Miço Kuzmanoviçin qolu ilə hesabı açıb. Lakin qonaqlar ikinci hissədə üstünlüyü ələ alıb. Komanda öncə Martins Juniorla hesabı bərabərləşdirib, ardından Mate Kvirkviya ilə önə keçib. Tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib – 1:2.

ETOPAZ

Əvvəlki yazı

Kurzava “Las Palmas”ın hədəfində

Növbəti yazı

İtaliano “Napoli” yolunda