“Kəpəz”dən böyükhesablı qələbə

“Kəpəz”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XVI turun ikinci oyun günü start götürüb. Günün ilk matçı Qəbələdə keçirilib.

Çempionatın autsayderlərinin duelində “Qəbələ” “Kəpəz”i qəbul edib. Qonaqlar Georgi Papunaşvilinin erkən qolu ilə hesabı açıblar.

İkinci hissədə say üstünlüyü qazanan Gəncə klubu daha iki qol vurub. Öncə Adama Niane, ardınca dublunu rəsmiləşdirən Papunaşvili fərqlənib – 3:0.

Qeyd edək ki, tura dekabrın 10-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada antirekord

Növbəti yazı

Zirədə qolsuz sülh