“Kəpəz”də baş məşqçi dəyişikliyi

“Kəpəz”də baş məşqçi dəyişikliyi

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib.

İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub. Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib.

İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq. O, bu vəzifədə Tərlan Əhmədovu əvəzləyib.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən Lanqle qərarı

Növbəti yazı

Şventekdən üçüncü çempionluq