“Kəpəz” və “Sumqayıt” cərimələndi

“Kəpəz” və “Sumqayıt” cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turun oyunlarında baş verənlər müzakirə olunub. “Sabah” – “Kəpəz” görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.

“Sumqayıt” – “Turan Tovuz” qarşılaşmasında meydançaya kənar şəxs daxil olduğuna görə “Gənclik şəhəri” təmsilçisi 800 manat cərimələnib. Matçın 2-ci hissəsi “Sumqayıt” meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün klub 1500 manat ziyana düşüb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.02.2024

Növbəti yazı

“Porto”dan ev qələbəsi, Neapolda bərabərlik