Jirudan məhsuldarlıq rekordu

Jirudan məhsuldarlıq rekordu

“Milan” İtaliya A seriyasının 3-cü turunda “Roma” ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan “rossonyeri”nin qollarından birini Olivye Jiru vurub.

Fransalı hücumçu 9-cu dəqiqədə penaltidən fərqlənib. O, ilk üç turdakı qol sayını 4-ə çatdırıb.

“Milan”ın heyətində ilk 3 turda 4 qol vuran sonuncu futbolçu Andrey Şevçenko olub. 2001/02 mövsümündə fərqlənən ukraynalıdan sonra ilk dəfə belə məhsuldarlıq qeydə alınıb. Jiru son 22 mövsümün rekordçusu olub.

Qeyd edək ki, “Milan” növbəti turda “İnter”lə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Rıbakinadan vida

Növbəti yazı

Oriqi İngiltərə klubunda