Jiru qərarını verdi
Olivye Jirunun gələcək taleyinə aydınlıq gəlib. Fransalı hücumçu mövsümün sonunda “Milan”dan ayrılmağa qərar verib.
37 yaşlı forvard MLS-də oynamaq istəyir. O, “Los-Anceles”lə müqavilə bağlamağa yaxındır.
Jiru millidəki sabiq komanda yoldaşı Uqo Lorislə birgə çıxış etmək niyyətindədir. Hücumçu cari mövsümün 36 matçında 14 qola imza atıb.