Jiru “Milan”da qalacaq
“Milan” Olivye Jiru ilə müqaviləni uzadacağını təsdiqləyib. Bunu klubun direktoru Frederik Massara açıqlayıb.
O bildirib ki, fransalı hücumçu ilə yanı anlaşma imzalanacaq. 36 yaşlı forvardın müqaviləsi bir illik olacaq.
Jiru 2024-cü ilin yayına qədər “Milan”da qalacaq. Tərəflər arasında əvvəlki sözləşmə bu mövsümün sonunda başa çatacaq.