Jiru ”Milan”da qalacaq

Jiru ”Milan”da qalacaq

“Milan”ın futbolçusu Olivye Jirunun taleyinə aydınlıq gəlib. 36 yaşlı hücumçu İtaliya klubu ilə müqaviləni uzadacaq.

Tərəflər yeni sözləşmə ilə bağlı şifahi razılıq əldə edib. Anlaşma yaxın günlərdə rəsmiləşməlidir. Jirunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Verrattinin taleyinə aydınlıq gəldi

Növbəti yazı

Dibala Romaya döndü