Jezuşun durumu bəlli oldu
“Arsenal”ın futbolçusu Qabriel Jezuşun durumuna aydınlıq gəlib. Bunu İngiltərə klubunun baş məşqçisi Mikel Arteta açıqlayıb.
Forvardın növbəti oyunlarda şans qazanacağı gözlənilir. Mütəxəssis dizindəki zədə üzündən “Liverpul”la matçı buraxan hücumçunun probleminin ciddi olmadığını qeyd edib: “Ümid edirəm ki, ciddi heç nə olmayıb. Müayinələr də problemin ciddi olmadığını göstərdi”.