İtaliyanın rekord seriyası qırıldı

İtaliyanın rekord seriyası qırıldı

İtaliya millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Roberto Mançininin yetirmələri Millətlər Liqasının yarımfinalında uduzub.

Son Avropa çempionları İspaniya ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Bununla da İtaliyanın 37 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Mançininin komandasının bu göstəricisi dünya rekordudur.

Apennin təmsilçisi sonuncu dəfə 2018-ci il sentyabrın 10-da Portuqaliyaya uduzub. Millətlər Liqasının görüşündə 0:1 hesabı qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

“San-Antonio”da yeni müdafiəçi

Növbəti yazı

Fransa klublarına cəza