İtaliyalı tennisçi cəzalandı, uğursuz seriyanı qırdı
Tenerifede keçirilən turnirin 1-ci mərhələsində Kamila Corci və Alyona Bolşova-Zadoynovla qarşılaşıb. İtaliyalı tennisçi bu görüşdə 7:6, 3:6, 6:4 hesabı ilə qalib gəlib.
İkinci setdə 3:0 hesabı ilə öndə olan Kamila cəzalanıb. Hakimlər onu bir qeymlik cəzaya layiq görülüb. Buna üç xəbərdarlıq səbəb olub. Əvvəl tennisçinin atası hakimlərlə mübahisə edib, ardınca özü əvvəl topu kənara vurub, sonra raketkanı atıb.
İtaliyalı Monrealdakı çempionluqdan sonra ilk qələbəsini qazanıb. O, üç məğlubiyyətdən ibarət uğursuz seriyaya son qoyub.