İtaliya dünya rekordunu təkrarladı

İtaliya dünya rekordunu təkrarladı


İtaliya milli komandasının məğlubiyyətsiz oyunlar seriyası 35-ə çatıb. Bu, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IV turunda rəsmiləşib. Bolqarıstanla qarşılaşan Roberto Mançininin yetirmələri meydandan 1 xalla ayrılıb – 1:1. “Skuadra Adzurra” bununla da məğlubiyyətsiz oyunlar seriyasında dünya rekordunu təkrarlayıb. İndiyədək iki yığma ardıcıl 35 matçda uduzmayıb. 1993-96-cı illərdə Braziliya, 2007-09-cu illərdə İspaniya belə nailiyyətə imza atıb. Sentyabrın 5-də İsveçrə ilə üz-üzə gələcək Mançininin komandası mütləq rekord vurmaq imkanına malikdir.
Xatırladaq ki, İtaliya millisi sonuncu dəfə 2018-ci il sentyabrın 10-də Millətlər Liqasının matçında Portuqaliyaya 0:1 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Millidə ən çox qol vuran futbolçular

Növbəti yazı

Zverevdən ardıcıl 13-cü qələbə