İspaniya və İtaliya 1/8 finalda

İspaniya və İtaliya 1/8 finalda

AVRO-2024-də 3-cü tur davam edir. Bu gün B qrupunda mübarizə sona çatıb.

İspaniya Albaniyanı sınağa çəkib. Görüşün taleyini yeganə qol həll edib. Ferran Torres komandasına qələbə qazandırıb – 1:0.

İtaliya isə Xorvatiya ilə qarşılaşıb. Oyunda hesabı “damalılar” açıb. Luka Modriç fərqlənib. Lakin appenninlilər son dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıb. Mattiya Zakkanya İtaliyanı qrup ikincisi edib – 1:1.

Bununla da, İspaniya və İtaliya 1/8 finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” Parrisi heyətində saxladı

Növbəti yazı

Braziliya Kosta Rika ilə bacarmadı