İsner və Hurkaç cütlüyü çempion oldu

İsner və Hurkaç cütlüyü çempion oldu

Con İsner və Hubert Hurkaç cütlüyü Mayamidə keçirilən “Masters” turnirinin çempionu olub. Onlar finalda Uesli Koolhof və Nil Skupskiyə qalib gəliblər – 7:6, 6:4.

İsner İndian-Uells və Mayamidə keçirilən turnirlərdə ardıcıl qalib gələrək “Sunshine Double” edib. O, Kaliforniyada amerikalı Cek Sok ilə tandem təşkil edərək qalib gəlib.

Bundan başqa, İsner və Hurkaç müxtəlif illərdə Mayamidə tək və cüt yarışlarda qalib gələrək turnirin tarixinə düşüblər. Daha öncə bunu yalnız Rocer Federer və Riçard Kriçek bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Tompson “Uorriors”un 7-cisidir

Növbəti yazı

Suarez MLS yolunda