İsko “Betis” yolunda
“Real”ın yarımmüdafiəçisi İsko mövsümün sonunda klubdan ayrıla bilər. Yayda azad agent olacaq futbolçu ilə “Betis” maraqlanır.
Sevilya klubu 30 yaşlı ispaniyalıya 2 illik müqavilə təklif edib. Bu sözləşməyə əsasən o, “Betis”də ən çox maaş alan 3-cü oyunçu olacaq.
Klubun baş məşqçisi Manuel Pelleqrini “Malaqa”da çalışdığı dönəmdən İsko ilə yaxşı tanışdır. Futbolçunun “Real”la müqaviləsi iyunun 30-na kimidir.