İrvinq ev oyununu buraxacaq

İrvinq ev oyununu buraxacaq

“Bruklin”in basketbolçusu Kayri İrvinq “Miluoki” ilə hazırlıq matçında iştirak etməyəcək. Müdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsindən kənar qalıb.

İrvinqin evdəki ilk yoxlama görüşünü buraxması vaksinasiya ilə bağlıdır. O, bu prosesdən imtina edir. Nyu-Yorkun qaydaları qapalı məkana daxil olmaq üçün ən azı bir dozanın vurulmasını tələb edir. Bu qadağa təkcə “Nets”in ev arenası deyil, həm də məşq kompleksinə şamil olunur.

ETOPAZ

Əvvəlki yazı

Beşinci məğlubiyyət

Növbəti yazı

Lopesdən yeni rekord