İnzagi üçün yeni müqavilə

İnzagi üçün yeni müqavilə

“İnter” baş məşqçi Simone İnzagi ilə bağlı qərarını verib. Klub onunla yeni müqavilə imzalayacaq.

İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi razılaşma əldə olunub. Yeni sözləşmənin şərtlərinə görə, İnzaginin məvacibi 5,5 milyon avrodan 6,5 avroya yüksələcək. “İnter” İtaliya çempionu olduqdan sonra razılaşma rəsmiləşəcək. Komanda 29 turdan sonra A Seriyasında liderdir və ən yaxın izləyicisini “Milan”ı 12 xal qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

Gimarayş “Mançester Siti” yolunda

Növbəti yazı

Alonso “Bayer”də qalacaq