“İnter”in İnzaqi planı
“İnter” baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib. Klub onunla müqaviləni uzatmaq niyyətindədir.
Rəhbərlik 47 yaşlı italiyalıya 2027-ci ilin iyun ayının sonuna qədər sözləşmə təklif etmək istəyir. Yeni anlaşma ilə mütəxəssisin maaşının artırılması da nəzərdə tutulub.