“İnter”dən “Sampdoriya”ya
“İnter”in futbolçusu Stefano Sensi klubunu dəyişib. Yarımmüdafiəçi karyerasını A seriyasının digər klubunda davam etdirəcək.
26 yaşlı italiyalı “Sampdoriya”ya keçib. Klublardan heç biri keçidi açıqlamasa da, Sensi A seriyasının iştirak ərizəsində Genuya təmsilçisinin heyətində yer alıb.
Futbolçu icarə əsasında Milan klubundan ayrılıb. O, mövsümün sonunadək genuyalıların formasını geyinəcək. Cari mövsüm A seriyasında 12 matça çıxan Sensi yalnız bir dəfə start “11-lik”də yer alıb.