“İnter”dən minimalhesablı qələbə, Niderlandda sülh
Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gün daha 2 qarşılaşma baş tutub.
“İnter” “Atletiko”nu qəbul edib. Meydan sahibləri Marko Arnautoviçin qolu ilə qələbə qazanıb – 1:0.
Digər qarşılaşma isə Niderlandda baş tutub. PSV “Borussiya” ilə üz-üzə gəlib. Görüşdə hesabı qonaqlar açıb. Donyell Malen fərqlənib. Lakin meydan sahibləri bərabərlik topunu vurmağı bacarıb. Luk de Yonq adını tabloya yazdırıb – 1:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı martın 14-də keçiriləcək.