“İnter”dən Çalhanoğlu qərarı

“İnter”dən Çalhanoğlu qərarı

“İnter” Hakan Çalhanoğlu ilə müqavilənin müddətini artırır. 29 yaşlı türkiyəli yarımmüdafiəçi 2027-ci ilin yayına kimi İtaliya klubunun şərəfinə qoruyacaq.

Komanda rəsmiləri ilə futbolçunun nümayəndələri arasında görüşlərin müsbət tamamlandığı və yaxın vaxtlarda yeni razılaşmanın detallarının açıqlanacağı bildirilir.

Bu mövsüm 45 matçda meydana çıxan Türkiyə millisinin kapitanı 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Final rekordu

Növbəti yazı

Şirkətlər Liqasında 1/4 finalçılar müəyyənləşdi