“İnter”də yeni müqavilə
“İnter” Federiko Dimarkonun çıxışından məmnundur. Klub italiyalı müdafiəçi ilə müqaviləni uzadacaq.
Danışıqlar son mərhələdədir. Yeni sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq. Futbolçunun maaşı illik 4 milyon avro, əlavə olaraq bir milyon avro bonus olacaq.
Qeyd edək ki, Dimarko “İnter” yetirməsidir.