“İnter”də dəyişiklik
“İnter”in əl dəyişdirilməsi gözlənilir. Bəhreynə məxsus bir investisiya fondu komandanı 1 milyard 300 milyon avroya almağa hazırlaşır.
“İnter”in sahibi Stiven Zanq klubu satmaq və ya yenidən maliyyələşdirmək arasında seçim qarşısında qalıb. Milan klubu 2024-cü ilin mayına kimi 400 milyon avroluq borcunu ödəməlidir. Çinli biznesmenin təklifdən razı qaldığı və danışıqlara başlamaq istədiyi bildirilir.