“İnter”də ciddi itki

“İnter”də ciddi itki

İtaliya kubokunda 1/8 final mərhələsi davam edir. Evdə “Bolonya”ya (1:2) məğlub olan “İnter” mübarizədən kənarda qalıb.

“Neradzurri” matçın gedişində bombardiri Lautaro Martinezi də itirib. Hücumçu 99-cu dəqiqədə əvəzlənib. Meydanı tərk edərkən argentinalı axsayaraq sol budunu tutub.

Zədəsinin nə qədər ciddi olduğu hələlik məlum deyil. Martinez bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 23 matçda 17 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Lunin Premyer Liqa klublarının hədəfində

Növbəti yazı

“Barselona”dan Levandovski qərarı