“İnter” uduzdu, “Milan” zirvədə

“İnter” uduzdu, “Milan” zirvədə

Bu gün A Seriyasının növbəti matçları keçirilib. İtaliya çempionatında 20-ci turun təxirə salınmış görüşləri baş tutub.

“Fiorentina” “Udineze”yə böyük hesabla uduzub – 0:4. “Atalanta” – “Torino” görüşündə qol yağışı olub. Komandalar hərəyə 4 dəfə fərqlənərək, məhsuldar bərabərliklə kifayətlənib.

Günün mərkəzi qarşılaşması isə Bolonyada baş tutub. Şəhərin eyniadlı təmsilçisi son çempion “İnter”i qəbul edib. Qonaqlar hesabı 3-cü dəqiqədə açıb. İvan Perişiç fərqlənib. 23-cü dəqiqədə Marko Arnautoviç hesabı bərabərləşdirib. “Bolonya” görüşün sonlarında qələbə topunu da vurmağı bacarıb. Nikola Sansone 81-ci dəqiqədə komandasına qalibiyyət gətirən qolu vurub – 2:1.

“İnter”in məğlubiyyəti “Milan”ın vahid lider olması ilə nəticələnib. Sona 4 tur qalmış komandalar arasında 2 xal fərqi var.

ETOPAZ

Əvvəlki yazı

Mane Droqbaya çatdı

Növbəti yazı

“Liverpul” evdə məğlubedilməzdir